 |
Richard Stallman GNU sisteminin yaradicisi.
Stallman 1953- cü ildə New York – da anadan olub. 1974 – cü ildə Harvard universitetinin fizika fakultəsini bitirib bakalavr dərəcəsi alır. Universitetdə oxuduğu müddətdə o həm də MİT Aİ Lab –da sistem proqramçı kimi çalışır. Burada o əməliyyatlar sisteminin yaradılması ilə məşğul olur. 1975 – ci ildə o Emacs mətn redaktoru proqraminin ilk versiyasın yazir. 1984 – cü ildə o GNU proyekti ilə əlaqədar MİT Aİ Lab – da işini dayandırır .
|
|
Linus Torvalds LINUX programinin yaradicisi.
Linus Torvalds 1969 – cu ildə Finlandiyanın Helsinsk şəhərində anadan olub. 1988 – ci ildə o Helsinsk universitenə daxil olur və 1996 – cı ildə universiteti bitirərək magistr dərəcəsi alır. 10 yaşından artıq o, babasının VIC-20 kompüterində proqramlar yazir. 21 yashinda universitetin 2-ci kursunda təhsil aldığı müddətdə o Linux – un ilk versiyasın yazır hansi ki hal-hazirda 10 milyonlarla kompüterlərə yüklənmiş GNU əməliyyatlar sistemlərinin nüvə(kernel) proqramı kimi istifadə olunur.
|
---- GNU ---
1980-ci illərdə, Stallmanın həyatında cox önəmli olan haker cəmiyyəti (MİT Lab-da) tədricən yox olma ərəfəsində idi. Artıq portativ (az dəişiklik edilməklə müxtəlif arxitekturalı kompüterlərdə yerinə yetirilə bilən ) proqramlar yaranmağa başlamışdı. Bu isə bir çox kompüter istehsalçıların razı salmırdı. Belə ki, kompüter alıcıları kompüterlə birgə verilən proqramları sonralar digər kompüterlərdə istifadə edə bilirdilər. Buna yol verməmək üçün kompüter istehsalçıları kompüterlə birlikdə satılan proqramların mətn kodunu gizli saxlayir və proqramlardan istifadə üçün müəlliflik hüququ tətbiq etməyə başlayırlar. 1984 – cü ildə Stallman GNU proyektini başlamaq üçün MİT – i tərk edir. Onun məqsədi Unix tipli əməliyyatlar sistemi yaratmaq idi. İstifadiçər bu sistemin bütün proqram kodlarını sərbəst şəkildə əldə edə, onu istədikləri kimi dəyişə və istədikləri şəxsə ötürə biləcəkdilər. Stallman bu təklif etdiyi əməliyyatlar sistemini GNU adlandırdı. Əməliyyatlar sistemi qarşılıqlı fəaliyyət göstərərək kompüteri və onun resurslarını idarə edən proqramlar yığınıdır. Bu proqramlara nüvə(kernel), compiyator(compiler), mətn redaktoru, mail proqramı , fayl axtarış və bir çox digərləri daxildir. Nüvə proqramı kompüter əməliyyatlar sisteminin ən əsas proqramıdır. Bu proqram sistemin fəaliyyatinə tam olaraq nəzarət edir. O əməliyyatlar sisteminin digər proqramlarinin fəaliyyəti üçün lazim olan bütün funksiyaları özündə cəmləyir. Xüsusi olaraq buraya kompüter yaddaşının idarə olunması, proseslərin(yerinə yetirilən proqramların ) idarə olunması, faylların idarə olunması , kompüterin digər resurslarının v.s. idarə olunmasına daxildir. Beləliklə əməliyyatlar sistemi yaratmaq çox böyük iş tələb edir. GNU proyekti ilk başlanğıcda proqreslə irəlilədi. Kodlari açıq şəkildə internetə yerleşdirilən GNU proqramları proqraçılar arasında böyük nüfuz qazanırdı. 1990 – cı illərdə artıq GNU əməliyyatlar sisteminin bir çox əsas proqramları hazır idi , birindən savayı – nüvə proqramı. GNU sisteminin nüvəsi Hard –ın tərtibinə 1990 – cı ildə başlanıldı , 1986 – cı ildəki uğursuz cəhddən sona, və bir çox səbəbə görə bu proses elə də sürətli deyildi (kifayət qədər proqramçıların olmaması).
---- LINUX ---
Yaranmasının ilkin mərhələsi. 1991 – ci illər. Üfüqdə sakitlik görünməkdə idi. Kompüter texniki vasitələri cox böyük sürətlə yenilənirdi və proqramçılara getdikcə daha limitsiz imkanlar verməkdə idi. Lakin hələ də nəsə çatışmırdı. Və bu əlbətdə ki, güclü imkanları olan əməliyyatlar sistemi idi. Bir tərəfdən DOS sistemi (Windows – un əcdadı) fərdi kompüterlərin imperiyasında təkbaşına hakimiyyətini davam etdirirdi. 50 000 $ - a Bill Gates -in Seattle hakerindən aldığı bu skelet əməliyyatlar sistemi ağıllı marketinq strategiyasının əsasında dünyanın hər tərəfinə ehtiyatla yayılırdı. Kompüter istifadəçilərinin başqa seçimi yox idi. İnformasiya texnalogiyalarının digər düşərgəsi UNİX dünyası idi. Lakin UNİX əməliyyatlar sistemi daha da bahalı idi. Bu səbəbə görə bir çox computer istifadəçiləri UNİX – dən uzaq durmağa məcbur idi. Bir vaxtlar universitetlərdə tədris olunan UNİX sisteminin mətn kodları atrıq ciddi nəzarət altına alınılır və geniş kütləyə gizli saxlanılırdı. Minix – in peyda olmasi problemin həlli ola bilərdi. Minix təmamilə professor Andew S. Tanenbaum tərəfindən öz tələbələrinə kompüter əməliyyatlar sisteminin incəliklərini örgətmək məqsədilə yaradılmışdı. Bu sistem 8086 arxitekturalı İntel mikroprosessorları üçün tərtib olunmuşdu, hansı ki o vaxtlar çox geniş yayılmışdı. Əməliyyatlar sistemi kimi MINIX elə də əla deyildi. Ancaq onun mənbə kodu geniş kütlə üçün aşkar idi. Tanenbaum – un 'Operating Systems: Design and Implementation' kitabını əldə edən kəs MİNİX sisteminin C və Assembler proqramlaşdırma dillərində yazılmış 12000 sətirlik mətn kodunu da əldə etmiş olurdu. Dünyanın hər yerində informasiya texnalogiyaları üzrə təhsil alan tələbələr kitabı dərindən incələyir, onların istifadə etdikləri kompüterləriidarə edən sistemin proqram kodlarını başa düşməyə çalışırdılar. Belə tələbələrdən biri də Linus Torvalds idi. Linus əvvəl öz evdəki kompüteri vasitəsilə universitetdəki kompüterlərə qoşulmaq istəyir. Linus-un istifade etdiyi komputerə MİNİX, universitetin komputerlərinə isə UNİX sistemləri yüklənmişdi. UNİX –in şəbəkə imkanlarının həddən artıq geniş olmasına baxmayaraq MİNİX –in şəbəkə imkanları cox zəif idi və bu Linusa universitetlərdəki kompüterlərlə əlaqə yaratmağa imkan vermirdi. Universitetlərdəki kompüterlərə qoşulmaq üçün Linus terminal emulyator proqramını yazmağa başlayır və tezliklə bu işi uğurla bitirir.Bir müddət sonra Linus terminal emulyator proqramının imkanlarını daha da genişləndirərək ona şəbəkədən faylları köçürmək, yadda saxlamaq v.s. kimi imkanlar artırmaq istəyir. Bu artıq LİNUX –un yaranmasının başlanğıcı idi. Beləliklə o nüvə proqramı yazmaq qərarına gəlir. Çoxları buna məhəttəl qalsa da(mən də) Linus təkbaşına qısa müddətə nüvə proqramını tamamlayaraq onun mətn kodunu İnternetə yerləşdirir . Bu isə GNU sisteminin çatışmayan elementinin tamamlanması demək idi. Beləliklə GNU/LİNUX əməliyyatlar sistemi tam olaraq hazır olur. Hal - hazırda bu sistemin(RED-HAT, DEBIAN, ...) istifadəçilərinin sayı 10 milyonlarla ölçülür.
|